Mağazaları
izləyərək
kəşf et.
Yeni mağazalarla tanış ol, qısa videolarda yenilikləri gör, canlı yayımlara qoşul. Bəyəndiyin mağaza ilə birbaşa əlaqə saxla.
Mağazaları tanımağın yeni yolu. Sadəcə sənə maraqlı olanlar.
Bir baxışdan
başlayan maraq.
Hipermarket mağazalarla səni video və canlı təqdimatlar vasitəsilə bir araya gətirmək üçün hazırlanır.
Mağazanı göstər.
Öz auditoriyanı tap.
Vitrinin ekranlara açılsın. Videolarla yeniliklərini təqdim et, canlı yayımlarla mağazanı daha yaxından tanıt.
Videolarını paylaş, mağazanın öz üslubunu göstər.
Yenilikləri canlı təqdim et, izləyicilərinlə ünsiyyət qur.
Məzmununu reklamla daha çox insana çatdır.
Maraqlıdır?
Bir az da danışaq.
Başlamazdan əvvəl Hipermarket haqqında bilməli olduqların.
Hipermarket nədir?
Mağazaların özlərini, məhsullarını və yeniliklərini video və canlı yayımlarla tanıdacağı platformadır. Məqsədimiz maraqlandığın mağazaları tapmağı və onlarla birbaşa əlaqə qurmağı asanlaşdırmaqdır.
Tətbiqdən məhsul sifariş edə biləcəyəm?
Hipermarket tanıtım və kəşf platformasıdır. Tətbiqdaxili səbət, sifariş və məhsul ödənişi olmayacaq. Məhsulla maraqlandıqda mağaza ilə birbaşa əlaqə saxlaya biləcəksən.
Baxmaq üçün qeydiyyat lazım olacaq?
Videolara, mağazalara və canlı yayımlara qonaq kimi baxmaq mümkün olacaq. Mağazanı izləmək, seçilmişlərə əlavə etmək və canlı yayımda şərh yazmaq üçün şəxsi hesab lazım olacaq.
Mağazamı necə əlavə edə biləcəyəm?
Mağazalar komandamız tərəfindən əlavə ediləcək. Sonra sənə verilən məxfi mağaza kodu ilə daxil olub videolarını, canlı yayımlarını və reklamlarını idarə edə biləcəksən. Qoşulma haqqında məlumat açılış zamanı bu səhifədə paylaşılacaq.
Hipermarket nə vaxt açılacaq?
Hazırda tətbiqi hazırlayırıq. Dəqiq açılış tarixi hələ elan olunmayıb. Yeniliklər və tətbiqi yükləmək üçün keçidlər hazır olduqda bu səhifəyə əlavə ediləcək.
Yeni mağazalar. Yeni tapıntılar. Yeni vərdiş.
Azərbaycanda mağazaları kəşf etməyin yeni yolu hazırlanır.